Türkiyədə sinaqoqlara, kilsələrə, həmçinin bəzi səfirliklərə hücumlar hazırlayan İŞİD terror qruplaşmasının üzvləri həbs ediliblər.
BUTA.TV xəbər verir ki, MİT (Türkiyə Kəşfiyyat İdarəsi) doqquz vilayətdə şübhəlilərin yaşayış yerlərinə reydlər keçirib.
Ümumilikdə hüquq-mühafizə orqanları 32 nəfəri saxlayıb, ifadələri alındıqdan sonra onlardan 25-i həbs edilib.
Dindirilmələr zamanı saxlanılanlar terror aktlarının hazırlanmasının təfərrüatı, liderlərinin adlarını, Türkiyə və Suriyada əlaqələrini açıqlayıblar.
Bundan əlavə, polis həbslərin və bu şəxslərin hücum etmək niyyətində olduqları ərazilərdə necə araşdırma apardıqlarının görüntülərini paylaşıb.
- Şəkidə ağır qəza: ölən var
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video