Moskvadan Mahaçqalaya uçan Ural Hava Yollarına məxsus təyyarə texniki səbəblərdən Volqoqrad hava limanına məcburi eniş edib.
BUTA.TV xəbər verir ki, bu barədə hava limanının sözçüsü Anastasiya Qolodova deyib.
Onun sözlərinə görə, təyyarə təhlükəsiz eniş edib:
"Ural Hava Yollarına məxsus A320 təyyarəsinin ekipajı sərnişin salonunda təzyiqin düşdüyünü bildirib və Volqoqradın alternativ aerodromuna getmək qərarına gəlib.
Digər uçuş səviyyəsinə endikdən sonra kabinədəki təzyiq normal vəziyyətə düşüb. Təyyarə Moskva vaxtı ilə saat 11:54-də Volqoqradda təhlükəsiz eniş edib".
- Şəkidə ağır qəza: ölən var
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video