Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) təmizlik işçilərinə işıqqaytaran jiletlər verib.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev məlumat verib.
"Yollarımızın, küçələrimizin, yaşadığımız şəhərlərin təmizliyini təmizlik işçilərinə borcluyuq. Bayram günlərində BDYPİ yollarda çalışanlara təhlükəsizlik məqsədilə işıqqaytarıcı elementləri olan jiletlər və müxtəlif hədiyyələr təqdim edib. Yollarda çalışan istənilən şəxs BDYPİ-yə müraciət etməklə bu jiletlərdən əldə edə bilər. Günün qaranlıq vaxtı bu jiletlərin istifadəsi təhlükəsizlik baxımından mütləqdir”, - o qeyd edib.
- Azərbaycandan keçməklə Ermənistana taxıl göndəriləcək
- Şəkidə ağır qəza: ölən var
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi