Ötən ilin martında Zaqatalada arvadı Firəngiz Yusifovanı tüfənglə açdığı atəş nəticəsində qətlə yetirən Məhəmməd Didiyevin məhkəmə prosesi başa çatıb.
“BUTA TV”nin məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1985-ci il təvəllüdlü M.Didiyev 17 il azadlıqdan məhrum edilib. Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs arvadı ilə boşanmaq istəməməsinə görə cinayət əməlini törətdiyini bildirib. Tərəflərin münasibətinin bu səviyyəyə gəlməsinə isə M.Didiyevin başqa qadınla münasibətinin olması göstərilib.
Qeyd edək ki, F.Yusifovanın qətlində istifadə edilən tüfəng 7-8 il əvvəl onun atası tərəfindən Məhəmmədə hədiyyə verilibmiş.
- Azərbaycandan keçməklə Ermənistana taxıl göndəriləcək
- Şəkidə ağır qəza: ölən var
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi