Biz Türkiyə idmanlarının mübahisələrlə deyil, nailiyyətlərlə gündəmə gəlməsini istəyirik. İdmanın gündəlik siyasətin alətinə çevrilməsi yanlışdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün “Qalatasaray”-“Fənərbağça” matçınının ləğvi və bunun fonunda yaşanan müzakirələrlə bağlı açıqlamasında deyib.
Dövlət başçısı müxalif kəsimin bu olaydan sui-istifadə etdiyini vurğulayıb.
“Dünənki hadisənin məcrasından çıxarılaraq şou və provokasiya vasitəsi edilməsinə icazə vermərik. Bu məsələdə lazımi addımı atmaqdan çəkinməyəcəyik. İdman camiəsinə keçmiş olsun deyirəm”, - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, dünən Ər-Riyadda keçirilməsi nəzərdə tutulan "Qalatasaray"-"Fənərbağça" final matçı Atatürkün pankartına və İstiqlal marşının oxunmasına qoyulan qadağaya görə ləğv edilib.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...