“Əl İttihad” klubunun fransalı hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanını tərk edib.
BUTA.TV xəbər verir ki, bu barədə Səudiyyə mətbuatı məlumat yayıb.
Məlumata görə, 36 yaşlı hücumçu klubun cümə axşamı və cümə günləri keçirilən məşqlərində iştirak etməyib və adı “Əl Tai” ilə bu gün keçiriləcək oyunun iştirak ərizəsinə salınmayıb.
Onun Səudiyyə Ərəbistanını hansı səbəbdən tərk etməsi barədə məlumat verilməyib. Benzemanın klub rəhbərliyi ilə arasında münaqişənin olduğu bildirilir.
Qeyd edək ki, Kərim Benzema 2023-cü ilin iyunundan “Əl İttihad”da çıxış edir.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...