Türkiyənin “Türksell” mobil operatoru üç Ukrayna şirkətindəki bütün aktivlərini Fransanın “NJJ Capital”a vermək qərarına gəlib.
BUTA.TV xəbər verir ki, bu barədə “Türksell”dən məlumat verilib.
“Şirkətimizin Direktorlar Şurasının 20 dekabr 2023-cü il tarixli qərarı çərçivəsində törəmə şirkətlərimiz olan Lifesell MMC, Global Bilgi MMC və Ukrtower” MMC-nin səhmlərinin bütün hüquqlar və borcları ilə birlikdə “NJJ Capital”a verilməsi haqqında 29 dekabr 2023-cü il tarixində müqavilə imzalanmışdır”, - məlumatda qeyd olunub.
Qeyd olunub ki, faktiki olaraq, aktivlərin verilməsi hələ həyata keçirilməyib və əməliyyatın dəyəri və onun yekun şərtləri ilə bağlı danışıqlar prosesi başlayıb.
“Türksell“in “Lifesell”də türk şirkətinin hazırkı məzənnə ilə 334 milyon dollar, “Global Bilgi”də 1,2 milyon dollar, “Ukrtover”də 51,6 milyon dollar dəyərində səhmləri var.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...