ABŞ Dövlət katibi Entoni Blinken 155 mm-lik mərmilərin İsrailə 147,5 milyon dollara mümkün satışını təsdiqləyib.
BUTA.TV xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Pentaqonun Təhlükəsizlik sahəsində Əməkdaşlıq Agentliyi məlumat verib.
Sənəddə vurğulanıb ki, söhbət 155 mm kalibrli M107 yüksək partlayıcı parçalanma mərmilərinin və müvafiq avadanlıqların tədarükündən gedir.
“Birləşmiş Ştatlar İsrailin təhlükəsizliyinə sadiqdir və İsrailin özünümüdafiə imkanlarının inkişafı və saxlanmasına yardım ABŞ-ın əsas milli maraqlarına cavab verir”, - deyə Pentaqon qeyd edib.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...