Sabah İran və Azərbaycan arasında Astarada yeni sərhəd keçid məntəqəsinin açılışı olacaq.
BUTA.TV-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini və Yol və Nəqliyyat Təşkilatının sədri Dariuş Amani deyib.
Onun sözlərinə görə, yeni sərhəd keçid məntəqəsinin açılışı ilə əlaqədar təşkil olunacaq tədbirə iki ölkə rəsmiləri qatılacaqlar.
Amani deyib ki, ilk mərhələdə yeni sərhəd keçid məntəqəsindən boş yük maşınlarının keçidi təşkil olunacaq. Gələn 10 gün ərzində sərhəd keçid məntəqəsindən yükdaşıyan yük maşınlarının keçidinə şərait yaradılacaq.
"Yeni sərhəd-keçid məntəqəsi İran Astarasında yük maşınlarının növbələrinə son qoyacaq və Astara şəhərində tıxac olmayacaq", - deyə o qeyd edib.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...