Əliyev və Paşinyan Sankt-Peterburq sammiti çərçivəsində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin konkret detallarını müzakirə ediblər. Məsələn, görüşlərin konkret yeri və danışıqları başa çatdırmaq üçün son tarixləri.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı ermənipərəst politoloq, Yaxın Şərq məsələləri üzrə ekspert Stanislav Tarasov deyib.
“Əliyev Sankt-Peterburqda Paşinyanla söhbətə sırf Qərbin bu prosesə qarışmadığına görə razılaşıb. Bilirik ki, son aylarda Azərbaycan liderlər və xarici işlər nazirləri səviyyəsində görüşlə bağlı bir sıra təklifləri rədd edib. Erməni tərəfi də Rusiyanın təşəbbüsünü istəmir. Əsas problem burada yaranır. Bakının Azərbaycandakı Fransa diplomatlarına təzyiqlərini görürük. Burada Bakının məqsədi Ermənistan-Azərbaycan münaqişəsində birtərəfli vasitəçiliyin hansı qiymətə başa gələcəyini digər ölkələrə göstərməkdir. Bu, həm də ABŞ və AB-yə yönəlik addımdır. İrəvan nəhayət başa düşməlidir ki, Ermənistan və Gürcüstan istisna olmaqla, Cənubi Qafqazda və onun ətrafında olan bütün ölkələrdə Qərbin danışıqlarda iştirak etməməsi və razılaşmanın Qərbdə bağlanmaması ilə bağlı konsensus var. Rusiyanın da beynəlxalq aləmdə öz problemləri mövcuddur. Buna görə İran ərazisində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağını istisna etmirəm”, - o bildirib.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...