İrandakı səfirliyimiz bu hallarda bərpa oluna bilər - Bayramov

16:02 - 28 Dekabr 2023 - GÜNDƏM

 İrandakı səfirliyimiz bu hallarda bərpa oluna bilər - Bayramov

İranda səfirliyimizin bağlanmasının konkret səbəbləri var. Bu hücum və təhlükəsizliklə bağlıdır. İnsanların həyat və təhlükəsizliyinə ciddi risk vardı.

BUTA.TV xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nazirliyin ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İran tərəfi ilə bu məsələ daim müzakirə mövzusudur:

“Gözləntimiz bundan sonra odur ki, bu cinayəti törədən şəxs cəzalandırılmalı və səfirliyimizin təhlükəsizliyinə tam təminat verilməlidir. Nəticələrdən asılı olaraq isə qərar qəbul olunacaq. Müsbət həll olarsa, səfirliyimizin bərpası mümkün olacaq”.

Bu xəbər hal-hazırda çox oxunur
WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol