Rusiya-Gürcüstan sərhədindəki Yuxarı Lars keçid məntəqəsində dəhşətli tıxac yaranıb.
BUTA.TV xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Ərazidə olan sürücülər bildirib ki, tıxac sərhəd-keçid məntəqəsinə bir neçə kilometr qalmış başlayıb. Maşınların sərhədi keçməsi 13 saatdan çox çəkir.
Qeyd olunur ki, əksər sürücülər sərhədi növbəsiz keçmək istəyir.
Tıxaca səbəb kimi pis hava şəraiti və yolun açılmasından sonra baş verən ajiotaj göstərilir.
Qeyd edək ki, Yuxarı Lars keçid məntəqəsi pis hava şəraiti səbəbindən bir neçə gün bağlı qalmışdı.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...