Lavrov hədələdi: Bu, İrəvan üçün zərərlidir!

10:44 - 28 Dekabr 2023 - GÜNDƏM

 Lavrov hədələdi: Bu, İrəvan üçün zərərlidir!

Rusiya hərbi bazası razılaşmaya uyğun olaraq Ermənistanda yerləşir, onun respublika ərazisində məqsədəuyğunluğunu müzakirə etmək zərərlidir.

BUTA.TV xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına əsasən TASS-a eksklüziv müsahibəsində deyib.

“Ermənistan ərazisindəki 102-ci Rusiya hərbi bazasının məqsədəuyğunluğu ilə bağlı müzakirələri zərərli hesab edirik. Ordunun orada yerləşdirilməsi haqqında saziş 1995-ci il martın 16-da, ilk növbədə, milli maraqlara və dövlətlərimizin Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə dair ümumi məqsədlərinə əsaslanaraq imzalanıb”, - o bildirib.

Lavrov onu da qeyd edib ki, İrəvan Qərbin təlqininə uyaraq, Moskva ilə müttəfiqliyini qeyri-müəyyən vədlərlə dəyişməyə çalışır:

Bu xəbər hal-hazırda çox oxunur
WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?

“Təəssüf ki, rəsmi İrəvan qərblilərin təlqininə uyaraq öz xarici siyasət xəttini yenidən formatlamağa çalışır. Moskva ilə zamanın sınağından çıxmış ittifaqı hətta Qərbdən konkret yardıma deyil, yalnız qeyri-müəyyən vədlərə dəyişir. Strateji dönüş kursuna haqq qazandırmaq üçün respublikanın bütün bəlalarına, o cümlədən Qarabağın itirilməsinə görə Rusiyanı günahlandırmağa çalışır. Biz dəfələrlə Rusiyanın narahatlığını açıq şəkildə demişik, indi Ermənistan hakimiyyətinin qeyri-dost addımlarını bir daha sadalamağın mənası yoxdur”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol