Rusiyadan Çinə qaz tədarükündə tarixi rekord

01:50 - 27 Dekabr 2023 - GÜNDƏM

 Rusiyadan Çinə qaz tədarükündə tarixi rekord

“Qazprom”un 2023-cü ildə Çinə qaz tədarükü ötən illə müqayisədə 1,5 dəfə artıb.

BUTA.TV xəbər verir ki, bu barədə şirkətin rəhbəri Aleksey Miller Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib.

"Bu il Çinə qaz tədarükü 2022-ci illə müqayisədə 1,5 dəfə çox olacaq. 2025-ci ildə isə biz artıq müqavilə öhdəliklərimizi yerinə yetirəcəyik. 2025-ci ildə Çinə qaz tədarükü 38 milyard kubmetr təşkil edəcək", - Miller vurğulayıb.

Miller xatırladıb ki, dekabrın 23-də “Qazprom” Çinə gündəlik qaz tədarükü üzrə tarixi rekorda imza atıb.

Bu xəbər hal-hazırda çox oxunur
WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol