Paşinyan dünən Sankt-Peterburqda bildirdi ki, Aİİ siyasi və xüsusən də geosiyasi gündəmi olmayan iqtisadi birlikdir. Əslində, Paşinyanın beynəlxalq münasibətlərlə bağlı düzgün olmayan fikirləri var. İqtisadi cəhətdən bir struktura inteqrasiya olunaraq təhlükəsizlik problemlərinin həllini başqa sistemdə görmək mümkün deyil. Bunun xarici siyasətin şaxələndirilməsi ilə heç bir əlaqəsi yoxdur, bu, fəlakətə səbəb ola biləcək ümumi qumardır.
BUTA.TV xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
“NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kolomina Paşinyanın Sankt-Peterburqa səfəri fonunda, “Ermənistan xarici siyasətini dəyişmək və Moskvadan uzaq durmaq barədə aydın qərar verib”, - deyə açıqlama yaydı. Kolomina havadan belə bir açıqlama verməzdi. Ermənistan müxtəlif geosiyasi mərkəzləri çaşdırmağa çalışır. Yenə deyirəm, bunun nə xarici siyasətə, nə təhlükəsizlik sisteminə, nə də iqtisadiyyatın şaxələndirilməsinə aidiyyəti var, bu, sadəcə olaraq, gündəmin olmamasının və təhlükəli avantüranın nəticəsidir”, - o bildirib.
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...
- Bakıda başçının köməkçisi öldü - Foto