Ukrayna Hərbi Hava Qüvvələri işğal altındakı Krım yarımadasının Feodosiya şəhərinin limanında “Novoçerkassk” desant gəmisini məhv edib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk Teleqramda bildirib.
“Rusiyada donanma getdikcə azalır. Bu dəfə Rusiyanın Qara dəniz flaqmanı “Moskva” kreyseri böyük “Novoçerkassk” desant gəmisi müşayiət edir”, – o vurğulayıb.
Xatırladaq ki, daha öncə 2022-ci ilin martın 24-də sözügedən gəmi işğal altındakı Berdyansk şəhərinin limanında olarkən Ukrayna qüvvələrinin raket hücumuna məruz qalıb. “RİA Novosti” həmin olayda ekipajın üç üzvünün öldüyünü açıqlamışdı. Eyni ilin aprelində isə Ukrayna qüvvələri Rusiyanın Qara dəniz donanmasının flaqmanı “Moskva” kreyserinə qanadlı raketlərlə zərbə endirərək onu batırıblar.
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...
- Bakıda başçının köməkçisi öldü - Foto