Bu şəhərin ələ keçirilməsi bizə əlavə imkanlar verir - Şoyqu

21:58 - 25 Dekabr 2023 - GÜNDƏM

 Bu şəhərin ələ keçirilməsi bizə əlavə imkanlar verir - Şoyqu

Marinka şəhərinin ələ keçirilməsi Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini zəiflədir.

BUTA.TV xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə məruzəsində deyib.

O vurğulayıb ki, Marinkanın ələ keçirilməsi Rusiya Silahlı Qüvvələrinə gələcək fəaliyyətləri üçün əlavə imkanlar verir.

Onun sözlərinə görə, doqquz il ərzində Ukrayna Silahlı Qüvvələri Marinkada yeraltı keçidlərlə birləşdirilən güclü istehkam sahəsi yaradıb, demək olar ki, hər küçədə möhkəmləndirilmiş struktur olub.

Bu xəbər hal-hazırda çox oxunur
Bu tarixdə Bakıya gedə biləcəm - Nikol Paşinyan

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol