Rusiya qoşunları Donetskin Marinka şəhərini tamamilə işğal edib.
BUTA.TV xəbər verir ki, bu barədə müdafiə naziri Sergey Şoyqu ölkə Prezidenti Vladimir Putinlə görüşdə bildirib.
"Aktiv hücum əməliyyatları zamanı "Yujnaya" qrupunun hücum dəstələri bu gün Donetskin cənub-qərbindəki Marinka şəhərini tamamilə ələ keçirib", - Müdafiə Nazirliyinin rəhbəri bildirib.
Şoyqu vurğulayıb ki, şəhərin nəzarətə götürülməsi Donetski Ukrayna Silahlı Qüvvələrinin atəşindən daha effektiv qorumağa imkan verəcək.
Qeyd edək ki, dekabrın 10-da Rusiya ordusu Marinka şəhərində Rusiya bayrağını qaldırıb.
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...
- Bakıda başçının köməkçisi öldü - Foto