Sosial şəbəkələrdə Bakıda yol polisinə tabe olmayan sürücünün görüntüləri yayılıb.
“BUTA TV” xəbər verir ki, videoda “Mercedes S Class” markalı lüks avtomobilin yol polisinin “saxla” əmrinə tabe olmadığı görünür. Sürücü nəqliyyat vasitəsilə yeraltı parkinqə daxil olur və bu zaman yol polisi xidməti avtomobillə onu təqib edərək həmin ərazidə saxlamağa çalışır. İddiaya əsasən, hadisə sözügedən sürücü paytaxt ərazisində yüngül yol-nəqliyyat hadisəsi törətdikdən sonra baş verib. Tabesizlik göstərən vətəndaşın parkinq ərazisində 15 dəfəyədək dövrə vurduğu deyilir.
Görüntülərlə əlaqədar Bakı şəhər Baş Polis İdarəsinə sorğu ünvanladıq. İdarənin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli saytımıza bildirdi ki, yol polisi əməkdaşının “saxla” əmrinə tabe olmayan sürücü barəsində inzibati qaydada qanunamüvafiq tədbirlər həyata keçirilib.
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...
- Bakıda başçının köməkçisi öldü - Foto
- Gənc müəllim Cəbrayılda görülən işlərdən yazdı - Foto