“Neftçi” qalib gəldi, üçüncü oldu

18:12 - 24 Dekabr 2023 - GÜNDƏM

 “Neftçi” qalib gəldi, üçüncü oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

BUTA.TV xəbər verir ki, "Neftçi" doğma meydanda "Kəpəz"i qəbul edib.

Qarşılaşma "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmsilçisinin qollarını 8-ci dəqiqədə Azər Salahlı, 71-ci dəqiqədə Andre Şinyaşiki vurub.

Qələbə sayəsində xallarının sayını 28-ə çatdıran "Neftçi" üçüncü pilləyə yüksəlib. Gəncə klubu 14 xalla 9-cu sıradadır.

Bu xəbər hal-hazırda çox oxunur
Bu tarixdə Bakıya gedə biləcəm - Nikol Paşinyan

Qeyd edək ki, bu gün turun sonuncu görüşündə "Zirə" "Qarabağ"ı qəbul edəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol