Amerikalı milyarder İlon Mask Argentina litiumunu almaqda maraqlıdır.
BUTA.TV xəbər verir ki, bunu Argentinanın yeni Prezidenti Xavyer Miley deyib.
“Mask mənə zəng vurdu. O, litiumla çox maraqlanır. Eləcə də ABŞ və digər amerikalı şirkətlər də çox maraqlıdırlar bu məsələdə”, - Miley bildirib.
Argentina prezidenti onu da əlavə edib ki, xarici biznesmenlər yerli siyasətçilər tərəfindən soyulmaq riski səbəbindən ölkəyə investisiya qoymaqdan qorxurlar.
Qeyd edək ki, Argentina Boliviya və Çili ilə birlikdə dünyanın litium ehtiyatının yarısına sahibdir. Bu metaldan elektrikli avtomobillərin akkumulyatorlarında istifadə olunur.
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...
- Bakıda başçının köməkçisi öldü - Foto
- Gənc müəllim Cəbrayılda görülən işlərdən yazdı - Foto
- Sumqayıtda maşın yolu çökdü