Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Sabirabad rayonu, Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli yaşayış binasında mənzildə vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən BUTA.TV-a bildirilib ki, məlumatla əlaqədar dərhal çağırış ünvanına FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sabirabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilin qapısını açaraq bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış 10 nəfəri xilas ediblər.
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...
- Bakıda başçının köməkçisi öldü - Foto
- Gənc müəllim Cəbrayılda görülən işlərdən yazdı - Foto
- Sumqayıtda maşın yolu çökdü