Polşalı fermerlər dekabrın 24-dən etibarən Ukrayna ilə sərhəddəki Medıke keçid məntəqəsindəki məhdudiyyəti aradan qaldırmağa razılaşıblar.
BUTA.TV xəbər verir ki, bu barədə Polşanın Kənd Təsərrüfatı və Aqrar İnkişaf Nazirliyinin mətbuat xidmətindən bildirilib.
“Bugünkü danışıqların nəticəsi olaraq, noyabrın 23-də Medıke keçidini bağlamağa başlayan fermerlər, sabahdan, yəni dekabrın 24-dən saat 8:00-dan etibarən etiraz aksiyasını dayandırmaq qərarına gəliblər”, - məlumatda qeyd olunub.
Kənd təsərrüfatı naziri Çeslav Sekierski fermerləri əmin edib ki, onların tələbləri yerinə yetiriləcək, lakin bu, vaxt aparacaq.
O qeyd edib ki, artıq kənd təsərrüfatı vergisinin azaldılması ilə bağlı təkliflər hazırlanır.
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...
- Bakıda başçının köməkçisi öldü - Foto
- Gənc müəllim Cəbrayılda görülən işlərdən yazdı - Foto
- Sumqayıtda maşın yolu çökdü