Dekabrın 21-də sürpriz şəkildə “Ayaks” futbol komandası Niderland kubokunda həvəskar komandaya məğlub olub.
BUTA.TV xəbər verir ki, Niderland klubu oyuna gələn "Ayaks" azarkeşlərinə məktub ünvanlayıb.
Oyundan bir gün sonra Utrextdəki “Galgenwaard” stadionuna gələn 325 azarkeşə bilet pulunun və səyahət xərclərinin geri qaytarılacağı ilə bağlı elektron məktublar göndərilib.
“Şübhəsiz ki, komandamızın “Herkules”lə oyundakı zəif çıxışını ağrılı qəbul etdiniz. Biz bu ağrını paylaşırıq və çox utanırıq. Qərara alınıb ki, bilet alan bütün səfər azarkeşlərinə pul qaytarılsın. Amma onu da başa düşürük ki, bu təzminat o ağrılı axşamın xatirələrini silməyəcək”, – məktubda bildirilib.
Qeyd edək ki, dekabrın 21-də "Ayaks" səfərdə həvəskar komanda hesab edilən "Herkules"lə ölkə kubokunun 1/16 final matçında üz-üzə gəlib və qarşılaşma meydan sahiblərinin 3-2 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə ilə qonaqlar kubokda mübarizəni dayandırıb.
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...
- Bakıda başçının köməkçisi öldü - Foto
- Gənc müəllim Cəbrayılda görülən işlərdən yazdı - Foto
- Sumqayıtda maşın yolu çökdü