Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 827 avtomobil gözləyir.
BUTA.TV xəbər verir ki, bu barədə "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 4, “Biləsuvar” gömrük postunda 65, “Qırmızı Körpü” gömrük postunda 827, “Mazımqara” gömrük postunda 53, “Samur” gömrük postunda 28 və “Xanoba” gömrük postunda 7 yük maşını var.
AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.
- Bakıda başçının köməkçisi öldü - Foto
- Gənc müəllim Cəbrayılda görülən işlərdən yazdı - Foto
- Sumqayıtda maşın yolu çökdü
- Bakıda məktəbdə 7 şagird qoğaldan zəhərləndi - Foto
- DOST Mərkəzində Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto
- Bakıda 97 yaşlı qadının meyiti tapıldı
- Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir?
- Onların övladlarının təhsil haqqını dövlət ödəyəcək