Avstriyanın “Siemens” şirkətinin rəhbərliyi və texniki mütəxəssislərindən ibarət qrup “Bakı Metropoliteni” QSC-də işgüzar səfərdə olublar.
QSC-dən BUTA.TV-a bildirilib ki, son illərdə enerji sahəsində səmərəli əməkdaşlıq aparılan şirkətin təmsilçilərinin səfərində əsas məqsəd birgə layihələr əsasında istismara verilən qurğu və avadanlıqların birgə monitorinqini keçirmək, proqram təminatını yeniləmək, həmçinin inşa edilən və yenidən qurulan obyektlərin təchizatı, eləcə də digər perspektiv planları müzakirə etmək olub.
“Siemens”lə əməkdaşlıq çərçivəsində “Nərimanov” elektrik deposunda 2 yeni, Qırmızı xətti qidalandıran bir dartı, “İçərişəhər” və Bənövşəyi xəttin “8 Noyabr” stansiyalarında quraşdırılmış və ən müasir avadanlıqlarla təchiz edilmiş yarımstansiyalara baxış keçirilib.
Şirkətin Azərbaycan nümayəndəliyinin də əməkdaşlarının iştirak etdiyi görüşlərdə yarımstansiyalarda qurulmuş elektrotexniki avadanlıqların monitorinqi nəticəsində elektrik təchizatı avadanlıqlarının iş rejimi və keyfiyyəti də yoxlanılıb.
Qarşıdakı dövrdə icra olunacaq planlara əsasən, “28 May” yarımstansiyasının yenidən qurulması, tikilməkdə olan şərti adı “B-04” olan yarımstansiyanın təchizatı, proqram təminatı ətrafında texniki işlərin yekun mərhələsi üzrə işlər də diqqət mərkəzində olub.
“28 May” yarımstansiyasının qurğu və avadanlıqları artıq Azərbaycana yola salınıb. 2024-cü ildə yarımstansiyanın tam fərqli formatda qurulması nəzərdə tutulub. Bu xüsusda dövrün artan enerji tələbatı, müasir standartların tələbləri və digər texniki məsələlər xüsusi nəzərə alınıb.
Quraşdırma işlərinə başlanarkən, ictimaiyyətə geniş məlumat təqdim ediləcək.
- Bakıda 97 yaşlı qadının meyiti tapıldı
- Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir?
- Onların övladlarının təhsil haqqını dövlət ödəyəcək
- İlham Əliyev onu rektor təyin etdi
- Sumqayıtda ev yandı: Ana və qızı...
- İdman zalında mənşəyi bilinməyən idman qidaları aşkarlandı - Foto
- İlham Əliyev bu sərgilərlə tanış oldu
- HDQ komandanı Türkiyədə sərgidə iştirak etdi