Simonyan Hikmət Hacıyevin bu fikrini dəstəklədi

13:30 - 22 Dekabr 2023 - GÜNDƏM

 Simonyan Hikmət Hacıyevin bu fikrini dəstəklədi

Demarkasiya və delimitasiya prosesi çox uzun çəkə bilər.

BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinq zamanı bildirib.

O, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sərhədlərin demarkasiyası məsələsinin sülh müqaviləsindən ayrılması ilə bağlı bəyanatına istinad edərək bildirib:

"Mən istisna etmirəm ki, belə bir variant Ermənistan üçün məqbul ola bilər. Düşünürəm ki, biz bunu nəzərdən keçirə bilərik, çünki bu, vaxt baxımından uzun müddət çəkə bilər.

Bu xəbər hal-hazırda çox oxunur
Bu tarixdə Bakıya gedə biləcəm - Nikol Paşinyan

Həqiqətən sülhsevər ölkə belə şeylərdə heç bir maneə görməyəcək. Bəzi məsələləri həll etdikdən sonra, sülh müqaviləsi imzalanandan sonra, cəmiyyətləri sülh və əmin-amanlıq mühitinə gətirdikdən sonra belə bir şey də ola bilər, mənim fikrim budur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol