İran addım-addım “şiə hilalı” planını həyata keçirməyə çalışır. Bu məqsədlə “şiə xəritəsi” belə hazırlayıb.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazıb.
Qəzet qeyd edir ki, 743 səhifəlik “şiə xəritəsi”ndə Türkiyə və Azərbaycanın mədəni, siyasi, coğrafi, ticarət, dil, iqtisadi, məzhəb-inanc məsələləri, bir sözlə, hər şey detallı şəkildə əksini tapır:
“Misal üçün, Türkiyədə nuseyrilər kimi bəzi qrupların İranın potensial müdafiəçisi olduğu fikirləri yer alır. İran Baş Qərargahının hazırlatdğı xəritənin altındakı imza Rəsul Cəfəriandır. Tehran Universitetinin Tarix fakültəsində professor olan Cəfərian “şiə xəritəsi”nə görə bir çox mükafat alıb”.
Məqalədə bildirilir ki, Tehranda “şiə hilalı” planı üçün 5 min nəfərlik qrup işləyir.
“Dini liderin rəhbərliyi altında çalışırlar. Bu məqsədlə gizli qrup fəaliyyət göstərir. Layihə 1979-cu il inqilabından sonra dövriyəyə daxil edilib. Livan, İraq, Suriya və Yəməndə istədiklərini əldə ediblər, amma əsas hədəfləri Türkiyə və Azərbaycandır”, - qəzet yazır.
- Bakıda 97 yaşlı qadının meyiti tapıldı
- Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir?
- Onların övladlarının təhsil haqqını dövlət ödəyəcək
- İlham Əliyev onu rektor təyin etdi
- Sumqayıtda ev yandı: Ana və qızı...
- İdman zalında mənşəyi bilinməyən idman qidaları aşkarlandı - Foto
- İlham Əliyev bu sərgilərlə tanış oldu
- HDQ komandanı Türkiyədə sərgidə iştirak etdi