Bu gün Ali Baş Komandan topa atəş əmri vermir, bu gün Ali Baş Komandan futbolda topa vurur.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat deyib ki, bu gün Xankəndidən top səsləri yox, yenidənqurma səsləri gəlir:
“Antimilli qüvvələr yenə də öz ağalarının tapşırığı ilə addımlar atmaqla məşğuldur. İnsanların sevincinin hədd-hüdudu olmayan dövrdə onlar başqa dövlətlərə müraciət edir ki, Azərbaycana sanksiya tətbiq etsinlər. Bu cür hərəkəti heç ermənilər etmir, heç erməni parlamentində etmirlər. Dünən Xankəndidə futbol oyununa ermənilər, xaricdə Fransa sevinmirdisə, daxildə də o qüvvələr sevinmirdi. Prezidentin hər atdığı addım dünyaya da, onlara da mesajdır ki, Azərbaycan müstəqil dövlətdir və Azərbaycanın işinə heç kim qarışa bilməz”.
- Bakıda 97 yaşlı qadının meyiti tapıldı
- Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir?
- Onların övladlarının təhsil haqqını dövlət ödəyəcək
- İlham Əliyev onu rektor təyin etdi
- Sumqayıtda ev yandı: Ana və qızı...
- İdman zalında mənşəyi bilinməyən idman qidaları aşkarlandı - Foto
- İlham Əliyev bu sərgilərlə tanış oldu
- HDQ komandanı Türkiyədə sərgidə iştirak etdi