ABŞ-ın “Reliable Robotics” şirkətinin “Cessna 208” (həmçinin “Cessna Caravan” kimi tanınır-red) yük daşıyan pilotsuz uçuşu tamamlayıb. Bu, tarixdə ilk pilotsuz uçuş olub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, şirkətin baş direktoru Robert Rouz təyyarənin seçilməsini onunla izah edib ki, bu, dünyada ən çox yayılmış modellərdən biridir - 2023-cü ilə qədər üç mindən çox nüsxə istehsal edilib.
“Lakin onun problemi bundan ibarətdir ki, indiki bir çox böyük təyyarələrdən daha aşağı hündürlüklərdə və daha əlverişsiz hava şəraitində uçur. Buna görə də, işləmək daha təhlükəlidir və avtomatlaşdırma bu əməliyyatları daha təhlükəsiz etmək üçün uzun bir yol keçəcək", - Rouz deyib.
Uçuş Şimali Kaliforniyadakı Hollister hava limanından həyata keçirilib və 12 dəqiqə davam edib. Pilotsuz idarəetmə sistemi təyyarəni yerdən idarə edən uzaqdan operatora əsaslanıb. Şirkət rəhbəri qeyd edib ki, belə bir təyyarənin uzaqdan idarə olunan pilotu adi yük təyyarəsinin pilotu ilə tam olaraq eyni keyfiyyətlərə malik olmalıdır.
- Bakıda məktəbdə 7 şagird qoğaldan zəhərləndi - Foto
- DOST Mərkəzində Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto
- Bakıda 97 yaşlı qadının meyiti tapıldı
- Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir?
- Onların övladlarının təhsil haqqını dövlət ödəyəcək
- İlham Əliyev onu rektor təyin etdi
- Sumqayıtda ev yandı: Ana və qızı...
- İdman zalında mənşəyi bilinməyən idman qidaları aşkarlandı - Foto