Gürcüstanın mobil operatoru “Selfie Mobile” Gürcüstanda ilk dəfə olaraq yeni nəsil 5G İnternet texnologiyasını istifadəyə verib. Şəbəkə Tiflisin iki rayonunda, eləcə də Bakuriani və Qudauri qış kurortlarında artıq aktivdir.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstanın Milli Rabitə Komissiyası məlumat yayıb.
“Bu, ölkəmiz üçün tarixi mərhələnin başlanğıcı oldu. Çünki Rabitə Komissiyasının avqust ayında hərraca çıxardığı və “Selfie Mobile”ın 5G-nin tətbiqi üçün istifadə etdiyi tezlik resursu dünyanın qabaqcıl ölkələrinin 5G şəbəkəsi standartlarına cavab verir”, - bu barədə komissiyanın üzvü Yekaterina İmedadze deyib.
Onun sözlərinə görə, texnologiyanın tətbiqindən sonra Gürcüstan dünyanın texnoloji cəhətdən inkişaf etmiş ölkələri ilə bir sırada yer alıb.
- HDQ komandanı Türkiyədə sərgidə iştirak etdi
- Bu nazirlikdə struktur dəyişikliyi edildi
- AAYDA-nın 3 qurumu ləğv olundu
- Dini ekstremist materiallar yayan şəxsə hökm oxundu
- Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
- Qohumunun mağazasını soydu
- Keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi
- Cabir ölümünü hiss edirdi - Qardaşı