Ali Rada Ukrayna və Rusiya arasında dövlət sərhədində şəxslərə, nəqliyyat vasitələrinə və mallara birgə nəzarət haqqında sazişin denonsasiyasına səs verib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna hökumətinin parlamentdəki nümayəndəsi Taras Melniçuk öz Teleqram kanalında məlumat verib.
O bildirib ki, 226 səsin tələb olunduğu denonsasiyanın lehinə 263 deputat səs verib.
Belə ki, saziş 2011-ci il oktyabrın 18-də Donetskdə imzalanıb və 2012-ci il yanvarın 13-də ratifikasiya olunub.
Qeyd edək ki, Ukrayna hakimiyyəti mütəmadi olaraq Rusiya, Belarus, eləcə də MDB çərçivəsində bağlanmış müqavilələrdən çıxdığını elan edir.
- Bakıda mağazadan 100 minlik qızıl oğurlandı
- TƏBİB-də kimlər getdi, kimlər qaldı?
- Bakıda şagird məktəbdə özünə xəsarət yetirdi - Video
- DİN-dən əməliyyat: saxlanılanlar var - Video
- General hərbi ekspertlə bağlı sirləri açdı – Nələr yazdı?
- Bakının mərkəzi yolları bağlanır
- Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər
- Kəlbəcər və Laçına qar yağdı