Milli Preventiv Qrupunun üzvləri tərəfindən Bakıda yerləşən 3 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbinə plandankənar başçəkmə həyata keçirilib.
Bu barədə BUTA.TV-a Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Elm və Təhsil Nazirliyinin Bakı şəhərində yerləşən 3 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində baş vermiş yanğın hadisəsi ilə əlaqədar Milli Preventiv Qrupunun üzvləri tərəfindən həmin müəssisəyə plandankənar başçəkmə həyata keçirilib.
Başçəkmə zamanı uşaqların sağlamlıq, o cümlədən təhlükəsiz və sağlam şəraitdə yaşamaq hüquqlarının təmini məsələləri yerində araşdırılıb.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
Milli Preventiv Qrup üzvləri tərəfindən uşaqlarla fərdi qaydada söhbətlər aparılıb, onların vəziyyəti ilə maraqlanılıb, narahatlıq doğuran məsələlər öyrənilib
Müəssisə rəhbərliyi və aidiyyəti əməkdaşlarla da görüş keçirilərək baş vermiş hadisənin səbəbləri və nəticələrinin aradan qaldırılması istiqamətində görülmuş tədbirlər barədə məlumatlar əldə edilib.
Qeyd edilib ki, məsələ Ombudsman tərəfindən nəzarətdə saxlanılır.
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi
- Bulvarda Caz və Şərab Festivalı başlayır - Foto
- Bakıda yanğın olan məktəbdə qəfil yoxlama aparıldı