Türkiyə və ABŞ strateji tərəfdaşlığa malik iki vacib ölkədir. Amerikalı həmkarım ilə görüş çox məhsuldar keçdi.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdə keçirilən NATO sammitindən geri qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Görüş təxminən 1 saat 15 dəqiqə çəkdi. Bayden və onun administrasiyası əslində F-16-ların satışı ilə bağlı ölkəmizin xeyrinə mövqe sərgiləyir. Hazırda həm o, həm də xarici işlər naziri “biz bu məsələnin üzərindəyik, onu izləyirik” dedilər. Təbii ki, xarici işlər nazirimiz Hakan bəy, o cümlədən İbrahim bəy (Kalın – red.) və Yaşar Paşamız da də eyni şəkildə tərəfdaşları ilə görüşərək bu prosesin müsbət nəticə verməsini təmin edəcəklər”, - Ərdoğan bildirib.
- Bakıda mağazadan 100 minlik qızıl oğurlandı
- TƏBİB-də kimlər getdi, kimlər qaldı?
- Bakıda şagird məktəbdə özünə xəsarət yetirdi - Video
- DİN-dən əməliyyat: saxlanılanlar var - Video
- General hərbi ekspertlə bağlı sirləri açdı – Nələr yazdı?
- Bakının mərkəzi yolları bağlanır
- Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər
- Kəlbəcər və Laçına qar yağdı