Azərbaycanın Gürcüstan, Rusiya və İran avtomagistrallarında, eləcə də ölkənin şimalına doğru uzanan və turistik istiqamət olan Qəbələ yolu üzərində pavilionlar inşa edilib.
BUTA.TV xəbər verir ki, sözügedən pavilionlar “Dayan Dincəl” adlanır və məntəqələrin tikintisinə 2019-cu ildə başlanılıb.
Azərbaycanda Latviyanın özəl memarlıq şirkəti tərəfindən hazırlanan layihə dövlət inkişaf infrastrukturu sahəsində bir ilkdir. Layihənin məqsədi şəhərlərarası hərəkət keyfiyyətinin artırılması, eyni zamanda qonşu ölkələrdən turistlərin cəlb edilməsidir. Məntəqə sanitar qovşaq, məlumat mərkəzi, mağaza, kafe, mətbəx, sığınacaq, istirahət sahəsi və satış nöqtəsi obyektlərinin birləşməsidir. 2021-ci ildə təhvil verilməsi gözlənilsə də, tikilib hazır vəziyyətə gətirilən bu məntəqələr istifadəyə verilməyib. Baxımsızlıqdan isə milyonlar xərclənən bu abad yerlər bərbad olur.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirdi ki, ''Dayan-Dincəl'' məkanları onların tabeliyində deyil: “Bu layihələr özəl şirkətə aiddir”.
- Bakıda mağazadan 100 minlik qızıl oğurlandı
- TƏBİB-də kimlər getdi, kimlər qaldı?
- Bakıda şagird məktəbdə özünə xəsarət yetirdi - Video
- DİN-dən əməliyyat: saxlanılanlar var - Video
- General hərbi ekspertlə bağlı sirləri açdı – Nələr yazdı?
- Bakının mərkəzi yolları bağlanır
- Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər
- Kəlbəcər və Laçına qar yağdı