Bu gün səhər Afina şəhərinin mərkəzində, Yunanıstanın Masonların Böyük Lojasının yaxınlığındakı Sürmeli küçəsində partlayıcı qurğu işə düşüb. Partlayış binaya cüzi ziyan vurub, ölən və ya itki yoxdur.
BUTA.TV xəbər verir ki, bu barədə mediada məlumat yayılıb.
“Yerli vaxtla saat 06:30 radələrində naməlum şəxs təcili xidmətə zəng edərək Yunanıstan Masonların Böyük Lojasında partlayacaq qurğu barədə məlumat verib. Polis patrul maşını hadisə yerinə gələn kimi bomba partlayıb. Polis partlayan paketin yanında ikinci bağlama tapıb, bütün bloku mühasirəyə alıb və istehkamçılar çağırılıb, onlar ikinci bağlamanı özləri partladıblar. Hələ ki, bu cinayətə görə məsuliyyəti üzərinə götürən olmayıb”, - məlumatda deyilir.
- DİN-dən əməliyyat: saxlanılanlar var - Video
- General hərbi ekspertlə bağlı sirləri açdı – Nələr yazdı?
- Bakının mərkəzi yolları bağlanır
- Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər
- Kəlbəcər və Laçına qar yağdı
- Son insidentlə bağlı bütün rəhbər heyət... - Metropoliten
- 8 vəzifəli şəxsi həbs edildi
- ÇİRES-də rekultivasiya işlərinə başlanıldı