İsveç parlamentinin İran əsilli nümayəndəsi Əlirza Axundinin turistləri İrana səfərdən imtina etməyə çağırmasından sonra onun təklifinə dəstək kampaniyası başladılıb.
BUTA.TV xəbər verir ki, xaricdə yaşayan iranlılar sosial mediada paylaşımlar edərək, iranlıları və başqa ölkə vətəndaşlarını İrana səfər etməməyə çağırırlar.
Onlar İran hökumətinin turistlərdən maddi gəlir əldə etməklə yanaşı, səfərlərdən istifadə edərək ölkəni təhlükəsiz göstərməyə çalışdığını yazırlar.
Çağırışlar xüsusən 2022-ci ilin sentyabrında başlayan ümumxalq etiraz aksiyalarından sonra İrana xarici turistlərin sayının kəskin azalması, hakimiyyətin bundan təşviş keçirməsi ilə eyni vaxta təsadüf edir.
- Bakının mərkəzi yolları bağlanır
- Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər
- Kəlbəcər və Laçına qar yağdı
- Son insidentlə bağlı bütün rəhbər heyət... - Metropoliten
- 8 vəzifəli şəxsi həbs edildi
- ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
- Ev yandı: 12 yaşlı oğlan öldü
- Bakıda torpaq uçqunu: ölən var - Video