Bakıda bəzi bina sakinlərinə Azəristiliktəchizat ASC tərəfindən bildiriş gəlib.
Sakinlər bildirirlər ki, sakinlərə göndərilən bildirişdə isti su tariflərinin iyul ayının 1-dən artdığı qeyd olunur.
BUTA.TV xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Azəristiliktəchizat ASC-in mətbuat katibi bildirib ki, isti su tarifləri 2017-ci ildən etibarən Tarif Şurası tərəfindən tənzimlənmir.
"Buna görə də isti su tarifləri Səhmdar Cəmiyyətin bu yöndə xərclərini tam əhatə etməklə hesablanır. Hazırda isti su tarifləri 3413 mənzil əhatə edir", - deyə o qeyd edib.
- 8 vəzifəli şəxsi həbs edildi
- ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
- Ev yandı: 12 yaşlı oğlan öldü
- Bakıda torpaq uçqunu: ölən var - Video
- Ağdama daha 110 ailə yola salındı
- Bu ərazilərdə işıq olmayacaq
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi