Türkiyənin TRT 1 kanalında iyulun 11-i başlayan “Sən türkülərini söylə” yarışmasına qatılan iştirakçı Ceren Ayça Sevim Azərbaycan mahnısı ifa edərək gecəyə damğa vurub.
Kult.az xəbər verir ki, o, müsabiqədə “Ay Laçın” mahnısını ifa edib.
İştirakçı həm ifa tərzi, həm də mahnını Azərbaycan türkcəsində daha aydın oxuması ilə münsiflər heyətinin böyük rəğbətini qazanıb.
Ceren Ayça Sevimin çıxışının görüntüləri sosial şəbəkədə də sürətlə yayılıb, gecənin ən yaxşı performansı kimi dəyərləndirilib.
Yarışmaçı “Ay Laçın” ifası ilə finala vəsiqə qazanıb.
Təəssüf ki, Azərbaycan mahnısı olduğu bildirilsə də, “Söz/musiqi” təqdimatında “Azərbaycan xalq mahnısı” əvəzinə “anonim” sözündən istifadə edilib.
Sözügedən çıxışı təqdim edirik:
- 8 vəzifəli şəxsi həbs edildi
- ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
- Ev yandı: 12 yaşlı oğlan öldü
- Bakıda torpaq uçqunu: ölən var - Video
- Ağdama daha 110 ailə yola salındı
- Bu ərazilərdə işıq olmayacaq
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi