Son günlər getdikcə daha çox ölkə Ukraynanın NATO-ya daxil olmasını dəstəklədiyini bildirir və deyirlər ki, Vilnüsdə keçiriləcək sammitdə dövlətlər Ukrayna qarşısında Kiyevi məyus etməyəcək öhdəliklər barədə razılığa gələcəklər.
BUTA.TV xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Dmitri Sneqirev deyib.
“Qərb ölkələrindən və NATO-dan Ukraynanın sammitdən sonra razı qalacağına işarə edən bəyanatlar var. Güman edə bilərəm ki, söhbət strateji tərəfdaşlığın mümkünlüyündən - Ukrayna ilə NATO-nun əsas ölkələri arasında hərbi-texniki əməkdaşlığa dair birbaşa razılaşmalardan gedir”, - ekspert bildirib.
Sneqirevin sözlərinə görə, bu, ABŞ rəhbərliyinin dəyişməsindən asılı olmayaraq, ona daim hərbi-texniki yardım almağa imkan verən strateji tərəfdaş statusu ola bilər.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi