Kiyev bütün kritik məqamlarda Gürcüstandan aldıqları güclü siyasi, hüquqi və humanitar yardımı yaxşı bilir. Gürcüstanda hakimiyyət dəyişikliyi Ukrayna üçün xüsusi mövzudur və onlar bunu gizlətmirlər. İndi Gürcüstana hansısa yolla AB-yə namizəd statusunun verilməməsinə çalışırlar ki, bu, cəmiyyətdə gərginliyə və yeni dalğaya səbəb olsun.
BUTA.TV xəbər verir ki, bunu Gürcüstan parlamentinin vitse-spikeri Giya Volski deyib.
“Ukrayna hakimiyyəti respublikanın eks-prezidenti Mixail Saakaşvili ətrafında yaranmış vəziyyətə görə Gürcüstan səfirinin vətənə göndərilməsi ilə bağlı ədalətsiz və əsassız qərar qəbul edib. Ukrayna rəhbərliyi Gürcüstan hakimiyyəti ilə belə davranır, çünki onlar münaqişəyə girməkdən, həmçinin mütəşəkkil şəkildə Kiyevə könüllülər göndərməkdən imtina ediblər”, - o bildirib.
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi
- Bulvarda Caz və Şərab Festivalı başlayır - Foto
- Bakıda yanğın olan məktəbdə qəfil yoxlama aparıldı