Mənə çatan xəbərə görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ-a tələsik səfəri Türkiyə-Azərbaycan tandeminin tələbi ilə Qarabağ “müdafiə ordusunun” (Qarabağın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasındakı qanunsuz erməni silahlı dəstə nəzərdə tutulur – red.) təcili olaraq ləğv edilməsinin zəruriliyi ilə bağlıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni politoloq Artur Tovmasyan qeyd edib.
O bildirib ki, Qərbin təzyiqi altında İrəvan Araik Arutyunyanı silahlı dəstələri ləğv etməyə inandırmağa çalışacaq. Ancaq xalqın narazılığından qorxan Araik üsyandan ehtiyat edir.
Tovmasyan bildirib ki, buna görə Araik və ətrafına “həyat və təhlükəsizlik zəmanətləri” təklif olunur.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi
- Bulvarda Caz və Şərab Festivalı başlayır - Foto
- Bakıda yanğın olan məktəbdə qəfil yoxlama aparıldı