Paşinyan Putinə zəng edib, ardınca Xankəndindəki separatçıların “başçısı” qondarma “təhlükəsizlik şurası”nın iclasını keçirib və orada qeyd olunub ki, İrəvandan Kremlə edilən telefon zəngi Araikin xahişi ilə baş tutub.
Bundan öncə Araik Putinə “bizi xilas et” motivli məktub yazmışdı, görünür, separatçılar Kremlə çıxış tapmaq üçün Paşinyandan da vasitəçilik etməyini istəyib.
Separatçıların iki məsələdə ciddi qorxusu var:
Birincisi, Azərbaycanın növbəti əməliyyat keçirməsi ilə bağlıdır: Bakı erməni qoşunların çıxarılmasını, bütün silahlı dəstələrin tərk-silah edilməsini tələb edir və bu istiqamətdə praktiki addımların atılması gözləntisi böyükdür;
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
İkincisi, təminat məsələsidir: Ermənistanın təxribatından sonra Laçın postundan yüklərin keçirilməsi dayandırılıb və Bakı erməni əhalisinin ehtiyaclarını təmin edə biləcəyi təklifini irəli sürüb; separatçılar buna imkan vermir, hərçənd, zaman onların əleyhinə işləyir.
Putindən əsas istəkləri də Bakının mümkün əməliyyatının qarşısını almaq və Laçın postunun açılmasına nail olmaqdır. Paşinyanın zəngində toxunduğu əsas məsələlər də bunlardır. Lakin Moskvanın Bakının qarşısını almayacağı, yaxud mövcud şərtlərdə buna nail ola bilməyəcəyi aydın görünür. Laçına postunun qurulması və sonrakı dövrdə baş verənlər də bunu deməyə əsas verir.
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi
- Bulvarda Caz və Şərab Festivalı başlayır - Foto
- Bakıda yanğın olan məktəbdə qəfil yoxlama aparıldı