Sosial şəbəkələrdə Koroğlu-Buzovna xətti üzrə hərəkət edən 107 saylı avtobus marşrutunun özünəməxsus gediş tarifləri müəyyənləşdirdiyi haqqında məlumat yayılıb.
BUTA.TV xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Trend-ə verilən açıqlamada Ayşən-LTD MMC-nin istismarında olan 107 saylı müntəzəm marşrut xətti üzrə avtobuslarda gediş haqqının Tarif Şurasının müvafiq qərarına əsasən məsafəyə uyğun olaraq müəyyən edildiyi bildirilib.
“Bu xətt üzrə Buzovna qəsəbəsi (Əli Ayağı ziyarətgahı) - “Koroğlu” NMM və əks istiqamətdə gediş haqqı 0.60 azn, Buzovna qəsəbəsi (Əli Ayağı ziyarətgahı) - Sabunçu qəsəbəsi 0.50 azn, Buzovna qəsəbəsi (Əli Ayağı ziyarətgahı) - Maştağa Zabrat yolu istiqamətində isə gediş haqqı 0.40 AZN-dir. Daşıyıcı da bu qərara əsasən avtobusun salonunda müvafiq məlumatları yerləşdirib”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, 107 saylı müntəzəm marşrut xətti üzrə gediş haqqının ödənişi hələ ki nağd formada həyata keçirilir.
- Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
- İki “Şaqman” toqquşdu: sürücü belə xilas edildi - Video
- “Araz” supermarketlər şəbəkəsi ağacəkmə aksiyası keçirib
- Həyətdə oynayan azyaşlı faciəvi şəkildə öldü
- Şagir sinif yoldaşını yandırdı: cinayət işi açıldı
- Temperatur 25 dərəcəyə yüksələcək
- TƏBİB müşavirləri 15 min manat maaş alıb?
- Könül Ələkbərov vəzifəsindən azad edildi