Türkiyənin cənub-şərqində İraqla sərhədə yaxın ərazidə yeni neft yatağı aşkar edilib ki, onun potensialı ölkənin ən böyük yatağı olan "Qabar"ın ehtiyatlarından 5 dəfə çox ola bilər.
BUTA.TV xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb.
Məlumata görə, Şırnak və Hakkari əyalətləri arasında yerləşən Kato dağı ərazisində artıq ilkin kəşfiyyat işlərinə başlanılıb. Aşkar edilən neftin keyfiyyəti dünyanın ən bahalı və minimum çirklənməyə məruz qalmış ərəb nefti ilə müqayisə oluna bilər.
Qeyd edək ki, mayın əvvəlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qabar dağ silsiləsi yaxınlığında neft yatağının kəşf edildiyini açıqlamışdı.
Onun ehtiyatlarının dəyəri təxminən 70 milyard dollar qiymətləndirilir.
- Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
- İki “Şaqman” toqquşdu: sürücü belə xilas edildi - Video
- “Araz” supermarketlər şəbəkəsi ağacəkmə aksiyası keçirib
- Həyətdə oynayan azyaşlı faciəvi şəkildə öldü
- Şagir sinif yoldaşını yandırdı: cinayət işi açıldı
- Temperatur 25 dərəcəyə yüksələcək
- TƏBİB müşavirləri 15 min manat maaş alıb?
- Könül Ələkbərov vəzifəsindən azad edildi