Ordumuzun məqsədi düşməni layiqincə yerinə oturtmaqdır.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçusu Şaiq İbadov deyib.
O qeyd edib ki, bir neçə gündür düşmən tərəfindən mövqelərimiz və yaşayış məntəqələrimiz atəşə tutulur:
"Düşmən tərəfindən törədilmiş təxribatın qarşısı tərəfimizdən müvəffəqiyyətlə alınır. Buna baxmayaraq, biz tərəfdən düşmənin mülki əhalisinə, yaşayış məntəqələrinə və mövqelərinə bir güllə belə atılmayıb. Ordumuzun məqsədi düşmənin təxribatının qarşısını almaq, düşməni layiqincə yerinə oturtmaq və susdurmaqdır".
Qeyd edək ki, iyunun 16-sı saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülür.
- Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
- İki “Şaqman” toqquşdu: sürücü belə xilas edildi - Video
- “Araz” supermarketlər şəbəkəsi ağacəkmə aksiyası keçirib
- Həyətdə oynayan azyaşlı faciəvi şəkildə öldü
- Şagir sinif yoldaşını yandırdı: cinayət işi açıldı
- Temperatur 25 dərəcəyə yüksələcək
- TƏBİB müşavirləri 15 min manat maaş alıb?
- Könül Ələkbərov vəzifəsindən azad edildi