Rusiya 2014-cü ildə Kiyevin başlatdığı müharibəni dayandırmaq üçün ordudan istifadə etməyə məcbur oldu.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edərkən deyib.
O bildirib ki, Qərb ölkələri Rusiyanın döyüş meydanında strateji məğlubiyyətə məruz qalması üçün maksimal güc sərf edirlər:
“Ukrayna ordusu bu dəqiqələrdə bir sıra ərazilərə hücum edir. Onlar bir neçə tank itiriblər, döyüş davam edir. Şansları yoxdur, belə ki, tezliklə Ukraynanın öz texnikası qalmayacaq. Onlar əks-hücum zamanı bir dənə də olsun, uğur qazana bilməyiblər”.
Putin qeyd edib ki, Rusiyanın ehtiyatları çox böyükdür:
“Kiyevin itkiləri Rusiya ordusuna nisbətdə 10 dəfə artıqdır. Artıq (hücum başlayandan – red.) 186 tank və 418 zirehli maşını məhv edilib”.
Qeyd edək ki, 4 iyundan Ukraynanın əks-hücuma keçdiyi bildirilir.
- Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
- İki “Şaqman” toqquşdu: sürücü belə xilas edildi - Video
- “Araz” supermarketlər şəbəkəsi ağacəkmə aksiyası keçirib
- Həyətdə oynayan azyaşlı faciəvi şəkildə öldü
- Şagir sinif yoldaşını yandırdı: cinayət işi açıldı
- Temperatur 25 dərəcəyə yüksələcək
- TƏBİB müşavirləri 15 min manat maaş alıb?
- Könül Ələkbərov vəzifəsindən azad edildi