Azərbaycan idmançılarının vahid geyim forması təqdim olunub.
BUTA.TV-ın məlumatına görə, təqdimat mərasimi Milli Gimnastika Arenasının ərazisində, açıq havada gerçəkləşib.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.
Forma modelyer Mənzər Hacıyeva tərəfindən hazırlanıb və ağ-göy rəngdədir.
Nazir deyib ki, geyimlər üçün böyük şirkətlərə müraciət etsələr də, müsbət cavab ala bilməyiblər:
"Formanın hazırlanması bir ildən çoxdur ki, davam edir. Belçika şirkəti bizə dəstək oldu. Təqdimata gələn idmançılara da təşəkkür edirəm. Onlar fəxr edə bilərlər ki, milli brendimiz məşhur şirkətlərdən geridə qalmır. Növbəti həftə komanda bu formadan Polşadakı Avropa Oyunlarında istifadə edəcək".
- Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
- İki “Şaqman” toqquşdu: sürücü belə xilas edildi - Video
- “Araz” supermarketlər şəbəkəsi ağacəkmə aksiyası keçirib
- Həyətdə oynayan azyaşlı faciəvi şəkildə öldü
- Şagir sinif yoldaşını yandırdı: cinayət işi açıldı
- Temperatur 25 dərəcəyə yüksələcək
- TƏBİB müşavirləri 15 min manat maaş alıb?
- Könül Ələkbərov vəzifəsindən azad edildi