İyunun 5-də Xarkovda güclü partlayış səsləri eşidilib.
BUTA.TV xəbər verir ki, bu barədə məlumatı şəhərin meri İqor Terekov Teleqram kanalında təsdiqləyib.
Şəhər rəhbərinin sözlərinə görə, Xarkov rusların raket hücumuna məruz qalır:
"Xarkov raket hücumuna məruz qalır. Vətəndaşlar partlayış səslərini eşidirlər".
Xarkov vilayətinin rəhbəri Oleq Sinequbov şəhərin Slobodski və Şevçenkovski rayonlarında partlayışlar olduğunu bildirib:
"İlkin məlumatlara görə, S-300 raketləri ilə hücum edilib. Hazırda qurbanlar barədə məlumat yoxdur. Məlumatlar dəqiqləşdirilir".
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer