“Vahid Rusiya” fraksiyasının üzvü, Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin partiyadan uzaqlaşdırıla bilər.
BUTA.TV xəbər verir ki, bu barədə “Vedomosti” partiyadakı iki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Zatulinlə bağlı hansı tədbirlərin görüləcəyini söyləmək hələ tezdir:
“Hazırda proseslə “Vahid Rusiya” fraksiyası rəhbərinin birinci müavini Vyaçeslav Makarov məşğul olur. Zatulin özü (1-ci, 4-cü, 5-ci, 7-ci və 8-ci çağırışların deputatı), partiyanın üzvü olmasa da, o, Duma fraksiyasının üzvüdür. Müzakirə olunan variantlar arasında Zatulinin Dövlət Duması komitəsi sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırılması və “Vahid Rusiya”nın sıralarından çıxarılması da var. Artıq oxşar presedent olub: 2021-ci ilin payızında fraksiya digər birmandatlı üzvü Yevgeni Marçenkonun üzvlükdən çıxarılmasına səs verib, baxmayaraq ki, belə bir prosedur müvafiq qanunda göstərilməyib”.
Qeyd olunur ki, “Vahid Rusiya” fraksiyasının üzvləri Zatulinə onun bəyanatları ilə bağlı xeyli suallar hazırlayıblar:
“Zatulinin hərəkətlərinin müzakirəyə çıxarılması Ukraynadakı hərbi əməliyyatla bağlıdır. Belə ki, iyunun 1-də Zatulin “Bizə hansı Ukrayna lazımdır?” adlı forumda çıxış edərək bildirib ki, Rusiya indi çətin vəziyyətdədir”.
Qeyd edək ki, Zatulin qatı ermənipərəst deputat sayılır. Buna baxmayaraq, o, Paşinyan hakimiyyətinin tənqidçisi olduğu üçün Ermənistana girişi qadağan edilib.
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer